30 avqust 2012 21:19
APOEL azarkeşləri Neftçini fitlə qarşıladılar
Avropa Liqasının pley-off mərhələsinin “Neftçi” və Kipr APOEL-i arasındakı cavab matçının startına artıq saatdan da az vaxt qalıb. Azerisport.az xəbər verir ki, artıq Azərbaycan çempionu da oyunun keçiriləcəyi “GSP Arena”ya təşrif buyurub.
Komandamızın oyun öncəsi isinmə hərəkətləri üçün meydana çıxması isə yerli azarkeşlərin fitə basması ilə müşaiyət olunub. Xüsusilə də Mahir Şükürov nəyə görəsə bəzi kiprlilərin “xoşuna gəlməyib”.
