30 avqust 2012 22:24
Kiprli fanatlar yenə Türkiyə bayrağını yandırdılar
“Neftçi”nin APOEL-lə oyununda 16 il əvvəlki hadisə baş verib. Azerisport.az xəbər verir ki, APOEL-lə oyunun keçiriləcəyi GSP stadionunda yenə Ermənistan bayrağı asılıb.
Qeyd edək ki, APOEL-lə “Neftçi” arasında 1996-cı ildə Kuboklar Kubokunda keçirilən oyunda da kiprli azarkeşlər Ermənistan bayrağı qaldırmış, həmçinin Türkiyənin bayrağını yandırmışdı.
Nə qədər təəssüf doğursa da, oyun start götürən kimi, yerli fanatlar yenə Türkiyə bayrağını yandırıblar.
