30 avqust 2012 22:58
Julius Vobay Kiprdə irqçilik ilə üzləşdi
APOEL – “Neftçi” matçında ikinci qolun müəllifi Juilus Vobay yerli azarkeşlər tərəfindən təhqir olunub. Azerisport.az xəbər verir ki, bu qoldan çox əsəbləşən kiprli fanatlar onun ünvanına irqçi ifadələr səsləndirməkdən də çəkinməyiblər.
Xüsusilə Vobayın topa hər toxunuşunda azarkeşlər meymun səsləri çıxarmağa başlayıblar. Rəşad Sadiqovun hesabı açmasından sonra isə fanatlar azərbaycanlı jurnalistlərin qola sevinməsinə laqeyd qala bilməyiblər. Onlar hətta qələm əhliylə “münasibətlərinə aydınlıq gətirmək” fikrinə də düşüblər. Amma polislər buna imkan verməyiblər.
