30 avqust 2012 00:05

Neftçi qrup mərhələsinin bir addımlığında: davam, ya tamam?

Bu gün futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxacaq.
 
Məlum olduğu kimi, komandamız avrokubokların cari mövsümünə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən start vermişdi. İlk cəhdində Gürcüstan çempionu “Zestafoni” ilə üz-üzə gələn “Neftçi” Bakıdakı ilk oyunda 3:0 hesablı darmadağına imza atmış, Gürcüstandakı qarşılaşmada da məhsuldar heç-heçəyə (2:2) nail olmaqla mərhələ adlamışdı. Lakin “ağ-qaralar” eyni uğuru üçüncü təsnifat mərhələsinin İsrail “Hapoel”iylə (Kiryat Şmona) mübarizədə təkrarlaya bilmədi. Səfərdə 4 cavabsız qola üzülən Azərbaycan çempionu doğma meydanda sadəcə 2:2 hesablıya heç-heçəyə nail ola bildi və ÇL-lə vidalaşdı.
 
Amma reqlamentə əsasən Azərbaycan təmsilçisi hələ Avroliqada da mübarizə aparmaq şansına malikdi. Nüfuzuna görə qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsində “Neftçi” APOEL (Kipr) səddini keçməlidi. Hansı ki, paytaxt klubu Nikosiya təmsilçisini mübarizədən kənarlaşdırmaqla böyük bir tarixi uğura imza ata bilər.
 
Qeyd edək ki, bu, Azərbaycan və Cənubi Kipr klublarının avrokuboklarda ikinci qarşıdurmasıdı. Belə ki, APOEL “Neftçi”nin avrokuboklardakı ilk rəqibi olub. 1995-1996 mövsümündə artıq tarixin arxivinə qovuşmuş Kuboklar Kubokunun birinci təsnifat mərhələsində bu komandalar üz-üzə gəlmişdilər. Bakıdakı oyun 0:0, səfərdəki matç isə APOEL-in 3:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. İndi bu komandalar yenidən üz-üzədilər. Hər halda ümid edək ki, “Neftçi” çətin rəqibindən həmin yenilginin qisasını alacaq.
 
Tam adı “Athletikos Podosferikos Omilos Ellinon Lefkosias” olan klub 1926-cı ilin 8 noyabrında yaradılıb. 85 yaşlı APOEL Cənubi Kiprin Nikosiya şəhərini təmsil edir. Komanda ev oyunlarını Nikosiyadakı GSP stadionunda keçirir. Arenanın azarkeş tutumu 22859 nəfərdi. Komandanın baş məşqçisi İvan Yovanoviçdi. 50 yaşlı serb mütəxəssis 2008-ci ildən APOEL-ə başçılıq edir. O, 2003-2005-ci illərdə də bu komandaya başçılıq edib.
 
“Neftçi”nin rəqibi ölkəsinin ən köklü klublarında biridi. Komanda tarixi ərzində 21 dəfə ölkə çempionu, 19 dəfə kubokun və 12 dəfə Super Kubokun qalibi olub. APOEL ötən mövsüm Cənubi Kipr çempionatının bürünc medallarını qazanıb. APOEL avrokuboklarda ən uğurlu çıxışını ötən mövsüm edib. “Skenderbeu”, “Slovan” (Bratislava) və “Visla”nı üstələyərək Çempionlar Liqasının qrup mərhələsinə düşən komanda burda da uğurlu çıxış edib. Qrup mərhələsində “Zenit”, “Porto” və “Şaxtyor”u üstəyələyərək lider olan komanda 1/16 finalda Lion “Olympique”inə qənim kəsilib. Səfərdə uduzub (0:1) evdə udan (1:0) APOEL penalti seriyasında qələbəyə sevinib – 4:3. Onların yolunu 1/8 finalda “Real” kəsib. Cənubi Kiprdə Mardrid klubuna 0:3 hesabı ilə yenilən “Neftçi”nin rəqibi “Santyaqo Bernabeu”da “Real”a 2 qol vursa da, məğlubiyyətlə üzləşib – 2:5.
 
APOEL bu mövsüm Avroliqada mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. Komanda əvvəlcə Slovakiyanın “Senica” (2:0, 1:0), ardınca isə Norveçin “Aalesund” (2:1, 1:0) klublarını mübarizədən kənarlaşdırıb. Ümid edək ki, onların bu uğurlu seriyası “Neftçi”də dayanacaq.
 
Komandanın Avroliqa üçün iştirak ərizəsi belədi:
 
Qapıçılar: 1. Panos Konstantinu, 22. Dionisios Xiotis, 78. Urko Pardo, 88. Tasos Kissas;
Müdafiəçilər: 5. Maykl Klukovski, 15. Marios Antoniades, 19. Marios İliya, 25. Andreas Xristofides, 27. Harits Borda, 28. Mario Serjio, 30. Zuela, 31. Helder Sousa;
Yarımmüdafiəçilər: 10. Konstantinos Xaralambides, 11. Nektarios Aleksandru, 12. Aldo Adorno, 17. Marinos Satsias, 18. Selim Benaşur, 21. Qustavo Manduka, 23. Helio Pinto, 26. Nuno Morais, 32. Kiriakos Vasiliu, 33. Pantelis Vasiliu, 40. Marko Xaralampus, 46. Efstathis Aloneftis, 77. Athos Solomu;
Hücumçular: 7. Mario Budimir, 8. Aylton, 9. Esteban Solari.
 
Göründüyü kimi, Kipr çempionu heç də sıradan rəqib deyil. Amma bu komanda nə qədər güclü görünsə də, hər halda “Neftçi”yə rəqib olacaq ən münasib komanda idi. Çünki pley-off mərhələsinin püşkü zamanı Azərbaycan çempionu İtaliyanın “İnter”, İngiltərənin “Newcastle” kimi klublarına da rəqib ola bilərdi. İndi komandamız məhz bəxtin üzünə gülməsindən maksimum yararlanmalıdı. Yəni bir halda ki, püşk “Neftçi”yə münasib rəqib çıxarıb, bunu dəyərləndirmək lazımdı.
 
Bu yolda ilk oyunun doğma meydanda keçirilməsi bəziləri tərəfindən komandamız üçün uğurlu hesab olunurdu. Halbuki, püşkə görə əslində “Neftçi” cavab görüşünü evdə keçirməliydi. Amma sonradan müəyyən səbəblərdən qarşılaşmaların keçirilmə yerində dəyişiklik oldu. “Neftçi” “Zestafoni” ilə duellərdə də ilk oyunu evdə, cavab görüşünü səfərdə keçirmişdi və uğur qazanmışdı. Amma həmin oyunlardan fərqli, bu dəfə ilk oyunda hər şeyə aydınlıq gətirmək mümkün olmadı. Bu üzdən də Bakıda sərfəli nəticəyə nail olan Kipr təmsilçisi cavab matçında daha şanslı hesab olunur. Ən azı ona görə ki, nikosiyalılar hətta qolsuz heç-heçə sayəsində də mərhələ adlamaq şansına malikdilər. “Neftçi” isə növbəti mərhələyə adlamaq üçün ən azı azı 1 qol vurmalıdı ki, sonradan qapısının toxunulmazlığı haqda düşünə bilsin. Üstəlik, doğma meydan amili, azarkeşlərin dəstəyi də APOEL-in gücünə güc qatan amillərdəndi.
 
Qeyd edək ki, “Neftçi” bu rəqibini keçəcəyi halda Azərbaycan futbolunda tarixi bir uğura imza atacaq. Belə ki, komandamız ilk dəfə avrokubokların qrup mərhələsində çıxış etmək fürsəti qazanacaq. Hansı ki, belə bir uğura indiyə qədər heç bir Azərbaycan klubu imza atmayıb. Belədə futbolumuzun “flaqman”ı sayılan komanda həm də bu adı doğrultmuş olacaq. Avroliqanın qrup mərhələsinə keçəcəyi halda “Neftçi” həm də Azərbaycan futbolu tarixində ilk dəfə olaraq ən azı bu ilin dekabr ayına qədər avrokuboklardakı çıxışını davam etdirə biləcək. Çünki Avroliqanın qrup mərhələsinin oyunları məhz həmin ayda başa çatacaq.
 
Komandamızın Avroliqa üçün iştirak ərizəsi:

Qapıçılar: 12. Emil Balayev, 30. Saşa Stamenkoviç;
Müdafiəçilər: 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə, 22. Mahir Şükürov;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev;
Hücumçular: 8. Elşən Abdullayev, 11. Nikolas Kanales, 14. Bahodir Nasimov, 28. Emin Mehdiyev, 29. İlham Allahverdiyev.
 
Avropa Liqası
Pley-off mərhələsi (cavab oyunu)
30 avqust
 
22:00. APOEL - NEFTÇİ
Baş hakim: Said Enjimi, Emmanuel Boysdengyen, Hüseyin Ocak, Lionel Jaffredo (hamısı Fransa).
Hakim-inspektor: Sokol Jareçi (Albaniya).
UEFA nümayəndəsi: Zoran Cvrk (Xorvatiya).
Nikosiya. GSP Arena.
İlk oyun – 1:1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.