30 avqust 2012 11:12
Flavinyo: Nikolas Kanalesin qol vurmaq vaxtıdı
“Neftçi”nin futbolçusu Flavinyo UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- İlk oyundan sonrakı bu bir həftəni necə keçirdiniz?
- Təəssüf ki, ilk oyunda sərfəli nəticə qazana bilmədik. Amma komandanın həmin görüşdəki yaxşı oyun sərgiləməsini nəzərə alsaq, bütün həftəni yaxşı əhval-ruhiyyədə keçirmişik. Bu, cavab oyunun hazırlığına da müsbət təsir göstərir. Bizim bu rəqibi keçmək üçün yaxşı şansımız var. Çalışacağıq ki, buna nail olaq.

- Amma üstünlüklər rəqibin tərəfindədi: öz meydanında oynayır, ilk oyunda sərfəli nəticə qazanıb, ustalıq səviyyəsi və təcrübə onlarda daha çox və yüksəkdi...
- Futbolçu oyuna pessimist yanaşa bilməz. Bu komandaya qol vurmaq olar. Düzdü, bizə çətin olacaq. İlk oyundakından daha çətin olacağını bilirik. Amma bu, o demək deyil ki, bizim APOEL-lə mübarizə aparmağa gücümüz çatmaz.
- Rəqib 22 mindən çox azarkeş dəstəkləyəcək. Bu, sizi narahat etmir?
- Mən heç bu barədə düşünmürəm. Bu, yəqin ki, məni narahat edən ən son məqamdı.
- Mən heç bu barədə düşünmürəm. Bu, yəqin ki, məni narahat edən ən son məqamdı.
- Bəs sizi bu oyun öncəsi daha çox nə düşündürür?
- APOEL-in qapısına qol vurmaq istəyirəm. Digər oyunçularımızın fərqlənməsində iştirak etməyim də pis olmazdı.
- APOEL-in qapısına qol vurmaq istəyirəm. Digər oyunçularımızın fərqlənməsində iştirak etməyim də pis olmazdı.
- Yəqin ki, bu mənada xüsusi olaraq Nikolas Kanalesi qeyd etmək istəyirsiz...
- Biz onunla artıq 5-6 oyundu birgə çıxış edirik. Bilirsiz ki, bəzi futbolçulara uyğunlaşmaq üçün az, bəziləri üçün uzun müddət lazım gəlir. Ona cəmi 1 qol lazımdı ki, hər şey yoluna düşsün.
- Bəlkə onun qol vura bilməməsində sizin də yer aldığınız yarımmüdafiə xətti günahkardı...
- Mən nədə günahkaram? Burda heç kimin günahı yoxdu. O, sadəcə öz qol epizodlarından yararlanmalıdı. Bahodir Nasimov mənlə birgə çıxış edərkən qol vururdu, Premyer Liqanın bombardiri olmuşdu.
- Özbək hücumçunun yoxluğu komandaya təsir göstərir?
- Artıq iki ildi ki, birgə çıxış edirik. Şübhəsiz ki, onun yoxluğu öz sözünü deyir. Bununla mən heç də Kanalesin pis hücumçu olduğunu demək istəmirəm. Ona sadəcə vaxt lazımdı.
- Artıq iki ildi ki, birgə çıxış edirik. Şübhəsiz ki, onun yoxluğu öz sözünü deyir. Bununla mən heç də Kanalesin pis hücumçu olduğunu demək istəmirəm. Ona sadəcə vaxt lazımdı.
- “Neftçi” APOEL-i keçə bilməsə, bu avrokuboklar mövsümünü uğursuz saymaq olar?
- Mərhələ keçə bilməsək, bəli. Əgər nəticə yoxdusa, hansı uğurdan danışmaq olar?
- Sizcə, “Neftçi” qrup mərhələsinə adlaya biləcək?
- Fikrimcə, bəli.