30 avqust 2012 00:18
Neftçinin nümayəndələri Kiprdə qalmaqalla üzləşdilər
Kiprdə Azərbaycan çempionu “Neftçi”nin nümayəndələri ilə “GSP Arena”nın əməkdaşları arasında kiçik münaqişə baş verib. Azerisport.az xəbər verir ki, “Neftçi” ilə APOEL arasındakı cavab matçının keçirilməli olduğu stadionun işçiləri komandamızın bəzi hissələrində məşq etməyə qadağa qoyub.
Onlar bununla ot örtüyünün korlanmasının qarşısını almağa çalışıblar. Amma təbii ki, Azərbaycan təmsilçisi onların bu istəyi ilə razılaşmayıb və tərəflər arasında bir müddət mübahisə gedib. Lakin sonda tərəflər razılığa gələ biliblər.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşması isə bu gün oynanılacaq və saat 22:00-da başlayacaq.
