31 avqust 2012 02:34
Bursasporla Trabzonspor Neftçinin uğurunu təkrarlaya bilmədi (YENİLƏNİB)
Futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin qrup mərhələsinə vəsiqə uğrunda 62 klub mübarizə aparırdı. Onlar növbəti mərhələyə 31 vəsiqənin taleyinə aydınlıq gətiriblər.
Qeyd edək ki, Azərbaycan bu turnirə 3 klubla start versə də, onların hamısı mübarizəni erkən dayandırdı. “Bakı” Avroliqanı ilk, “İnter”lə “Xəzər Lənkəran” isə ikinci təsnifat mərhələsində tərk etdi. Lakin hazırda yenə bu turnirdə təmsilçimiz var. Bu, Çempionlar Liqasında üçüncü təsnifat mərhələsini məğlub başa vuran ölkə çempionu “Neftçi”di. “Ağ-qaralar” Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün Kipr APOEL-indən güclü olmalıydı ki, bunun da öhdəsindən gəlməyi bacarıb və tarixi bir uğura imza atıb.
"Neftçi"nin bu uğurunu Türkiyənin iki təmsilçisi təkrarlaya bilməyib. Nə qədər qəribə olsa da, gecənin əlavə vaxta gedən hər iki oyunu qardaş ölkə təmsilçilərinin iştirakıyla baş tutub. "Trabzonspor" 180 dəqiqə qol vura bilmədiyi rəqibinə penaltilərlə uduzub. "Bursaspor" isə ilk oyunda 3:1 yendiyi "Twente"yə cavab görüşündə uduzub və mübarizəni dayandırmalı olub.
Avropa Liqası
Pley-off mərhələsi (cavab oyunları)
28 avqust
Dinamo (Moskva, Rusiya) - Stuttgart (Almaniya) - 1:1 (ilk oyun 0:2)
30 avqust
Dila (Gürcüstan) - Maritimo (Portuqaliya) - 0:2 (0:1)
Dnepr (Ukrayna) - Slovan (Çexiya) - 4:2 (2:2)
CSKA (Moskva, Rusiya) - AIK (İsveç) - 0:2 (1:0)
Rosenborg (Norveç) - Legia (Polşa) - 2:1 (1:1)
PSV (Hollandiya) - Zeta (Monteneqro) - 9:0 (5:0)
Heerenveen (Hollandiya) - Molde (Norveç) - 1:2 (0:2)
APOEL (Kipr) - NEFTÇİ (AZƏRBAYCAN) - 1:3 (1:1)
HJK (Finlandiya) - Athletic (İspaniya) - 3:3 (0:6)
Hapoel (Təl-Əviv, İsrail) - Dudelange (Lüksemburq) - 4:0 (3:1)
Sparta (Çexiya) - Feyenoord (Hollandiya) - 2:0 (2:2)
Young Boys (İsveçrə) - Midtjylland (Şotlandiya) - 0:2 (3:0)
Steaua (Buxarest, Rumıniya) - Ekranas (Litva) - 3:0 (2:0)
Genk (Belçika) - Luzern (İsveçrə) - 2:0 (1:2)
Metallist (Ukrayna) - Dinamo (Buxarest, Rumıniya) - 2:1 (2:0)
Viktoria (Çexiya) - Lokeren (Belçika) - 1:0 (1:2)
Bordeaux (Fransa) - Crvena Zvezda (Serbiya) - 3:2 (0:0)
Brugge (Belçika) - Debrecen (Macarıstan) - 4:1 (3:0)
Olympique (Marsel, Fransa) - Şerif (Moldova) - 0:0 (2:1)
Videoton (Macarıstan) - Trabzonspor (Türkiyə) - 0:0 (penaltilərlə - 4:2) (0:0)
Partizan (Serbiya) - Tromse (Norveç) - 1:0 (2:3)
Inter (İtaliya) - Vaslui (Rumıniya) - 2:2 (2:0)
Levante (İspaniya) - Motherwell (Şotlandiya) - 1:0 (2:0)
Hannover (Almaniya) - Slask (Polşa) - 5:1 (5:3)
Rapid (Vyana, Avstriya) - PAOK (Yunanıstan) - 3:0 (1:2)
Lazio (İtaliya) - Mura (Sloveniya) - 3:1 (2:0)
Twente (Hollandiya) - Bursaspor (Türkiyə) - 4:1 (1:3)
AZ Alkmaar (Hollandiya) - Anji (Rusiya) - 0:5 (0:1)
Newcastle (İngiltərə) - Atromitos (Yunanıstan) - 1:0 (1:1)
Liverpool (İngiltərə) - Hearts (Şotlandiya) - 1:1 (1:0)
Sporting (Portuqaliya) - Horsens (Danimarka) - 5:0 (1:1)
