30 avqust 2012 11:27
Erik Ramos: Neftçi Avroliqanın qrup mərhələsinə düşməyi APOEL-dən daha çox istəyir
“Neftçi”nin futbolçusu Erik Ramos UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Nikosiyada baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Komandamızın mərhələ keçmək istəyi çox böyükdü. Bunun üçün yetərli gücümüz də var. İlk oyun da göstərdi ki, APOEL o qədər də güclü deyil və və bu komandanı keçmək olar. “Neftçi” Avropa Liqasının qrup mərhələsinə keçməyə borcludu. Çünki bunu rəqibdən daha çox istəyir”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşması isə bu gün oynanılacaq və saat 22:00-da başlayacaq.
