30 avqust 2012 12:26
“Evdə Bakıdakından fərqli futbol sərgiləyəcəyik”
Kiprin APOEL klununun futbolçusu Nektarios Aleksandru UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Nikosiyada baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bizi çox vacib oyun gözləyir. Biz hələ Avropa Liqasında qrup mərhələsinin iştirakçısı olmamışıq. Baxmayaraq ki, eyni uğuru Çempionlar Liqasında iki dəfə təkrarlamışıq. Evdə biz Bakıdakından fərqli futbol sərgiləyəcəyik”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşması isə bu gün oynanılacaq və saat 22:00-da başlayacaq.
