31 avqust 2012 00:54
Böyükağa Hacıyev tarixi zəfərdən danışdı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Nikosiyada baş tutan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Mən oyundan öncə də demişdim ki, biz APOEL-ə bu oyunda sürpriz edəcəyik və onların azarkeşləri sonda bizi alqışlayacaqlar. Matçın sonunda belə də oldu. Biz belə bir tarix yazmağa borclu idik. Mən qələbəyə nə vaxt inandım? İkinci qoldan sonra artıq mərhələ keçəcəyimizə tam əmin idim”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşmasında isə 3:1 hesablı qələbəyə sevinən Azərbaycan çempionu tarixi zəfərə imza atıb.
