31 avqust 2012 01:03
Saşa Stamenkoviç: Bu zəfəri Azərbaycan xalqına həsr edirəm
“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Nikosiyada baş tutan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bu, fantastik bir hissdi. Deyərdim ki, bu, mənim karyeramda ən böyük qələbədi. Bu tarixi zəfəri Azərbaycan xalqına həsr edirəm. Onlar buna layiqdilər”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşmasında isə 3:1 hesablı qələbəyə sevinən Azərbaycan çempionu tarixi zəfərə imza atıb.
