31 avqust 2012 12:58
Azərbaycanın ilk oyunu sloveniyalı hakimlərə tapşırıldı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İsrail oyununu idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı sloveniyalı hakimlərə tapşırıb.
Qarşılaşmanın baş hakimi Matey Yuq olacaq. Onun rəhbərlik edəcəyi hakimlər briqadasının işinə İsveçdən olan hakim-inspektor qiymət verəcək. UEFA nümayəndəsi isə Belarusdandı.
Qeyd edək ki, Azərbaycan - İsrail oyunu sentyabrın 7-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu, yığmamızın yeni seçmə tsikldəki ilk oyunu olacaq.
AZƏRBAYCAN – İSRAİL
Hakimlər: Matey Yuq, Marko Stankin, Milan Koqey, Slavko Vinçiç (hamısı Sloveniya).
Hakim-inspektor: Peter Fröydfeldt (İsveç).
UEFA nümayəndəsi: Mixail Varabyov (Belarus).
