31 avqust 2012 01:12
Rəşad Sadiqov: 80-ci dəqiqəyə qədər nə baş verdiyini anlamırdım
“Neftçi”nin kapitanı Rəşad Sadiqov UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirdikləri cavab oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Rəşad, bu, nə idi?
- Məndənmi soruşursuz? Mən bunu sizdən soruşmaq istəyirdim.

- İndi nə hiss edirsiz?
- Bilmirəm. Mən heç nəyi başa düşmürəm. Bircə onu hiss edirəm ki, tarix yazdıq. Çox sevincliyəm.

- APOEL-i keçəcəyinizə inanırdınız?
- Oyuna qədər hə. Amma 80-ci dəqiqəyə qədər nə baş verdiyini anlamırdım. Biz bu gün tarix yazdıq. Mən söz tapa bilmirəm.

- APOEL-in oyunu barədə nə deyə bilərsiz?
- Bakıdakından daha aqressiv oynadılar. Amma hesab 3:1 olandan sonra onlar başa düşdülər ki, 3 qol vura bilməyəcəklər. Flavinyonun qolu onları sındırdı.

- İndi “Neftçi”dən Avroliqanın qrup mərhələsində nə gözləyə bilərik?
- Biz çalışacağıq ki, mümkün qədər yaxşı çıxış edək. Amma hələlik bu zəfərimizi bayram etmək istəyirik. Axı buna haqqımız var.