31 avqust 2012 13:06
Yığmamızın oyunu canlı yayımda
Xəbər verdiyimiz kimi, sentyabrın 3-də, saat 20:00-da, Bayıl stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan və Zambiya yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşma İdman Azərbaycan kanalında canlı yayımlanacaq.
