31 avqust 2012 01:21
Neftçi Nikosiyada stadionu tərk edə bilmir
Azərbaycan çempionu “Neftçi” Kiprin APOEL klubu ilə Avropa Liqasının cavab pley-off matçından sonra “GSP Arena”nı vaxtında tərk edə bilməyib. Azerisport.az xəbər verir ki, komandanın avtobusu ilə yanaşı, qonaq komandanın azarkeşlərini və azərbaycanlı jurnalistləri daşıyan avtobus da arenadan çıxmaqda çətinlik çəkib.
Çünki doğma komandalarının məğlubiyyətindən qəzəbli olan yerli fanatlar Nikosiyadakı arenanı tərk etsələr də, ordan tam uzaqlaşmayıblar. Bu üzdən də yerli polislər “Neftçi”yə təhlükəsizliyə görə zəmanət verməyib. Onlar yalnız fanatların tam dağılışmasından sonra arenanı tərk etməyə qərar veriblər.
