31 avqust 2012 01:30
Simurqun Gürcüstandakı ilk rəqibi bəlli oldu
"Simurq"un Gürcüstandakı təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, komanda ötən gün iki məşqə çıxıb.
Səhər baş tutan hazırlıqda əsasən fiziki hazırlığının artırılması üzrə tapşırıqlar yerinə yetirilib. “Sarı-qaralar”ın axşam məşqi isə taktiki ağırlıqlı olub. Qısa isinmə hərəkətlərindən sonra Georgi Çixradzenin yetirmələri qısa ötürmələr üzərində çalışıb. Sonda isə ikitərəfli oyunla bu günlük hazırlıq tamamlanıb.
Qeyd edək ki, komanda bu gün də iki məşqə çıxacaq. Sentyabrın 1-də isə "Simurq" qonşu ölkədə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşündə gücünü sınayacaq. “Sarı-qaralar”ın rəqibi Tiflisin "Lokomotiv" klubu olacaq. Qarşılaşma 18:00-da başlayacaq.
