31 avqust 2012 13:33
“Bu dəfə daha yaxşı təsir bağışladıq”
17 yaşadək futbolçulardan ibarət İrlandiya və Azərbaycan yığmaları arasında keçirilmiş yoldaşlıq oyunu haqda yığmamızın baş məşqçisi Təbriz Həsənovun fikirlərini diqqətinizə çatdırırıq. Azerisport.az xəbər verir ki, o, komandamızın 2:3 hesablı yenilgisini belə şərh edib:
“Gərgin və sürətli oyun oldu. İlk oyunla müqayisədə uşaqlar bu dəfə daha yaxşı təsir bağışladılar. İrlandiya yığması müdafiədə buraxdığımız səhvlərdən maksimum istifadə etdi. İkinci hissəni hücumda keçirsək də, hesabı bərabərləşdirmək üçün əldə etdiyimiz imkanlardan yararlana bilmədik”.
