31 avqust 2012 01:41
Sadıqov Sadıqov: Bizim üçün ikiqat bayramdı
“Neftçi”nin prezidenti Sadıq Sadıqov UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Nikosiyada baş tutan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bu gün bizim üçün çox xoş gündü. Çünki “Neftçi”nin qələbəsi ilə yanaşı, Ramin İbrahimov da London Paralimpiadasında qızıl medal qazandı. Mən bunu təsadüfi qeyd etmədim. Çünki İbrahimov da “Neftçi”lidi. Buna görə də bizim üçün ikiqat bayramdı. Biz Avropa Liqasının qrup mərhələsində də uğurlu çıxış etmək istəyirik. Paltardəyişmə otağında baş verənləri sözlə ifadə etmək çətindi. Böyük sevinc var. Biz həm də APOEL-dən 1995-ci ildəki uğursuzluğun qisasını aldıq”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşmasında isə 3:1 hesablı qələbəyə sevinən Azərbaycan çempionu tarixi zəfərə imza atıb.
