31 avqust 2012 14:16
Yovanoviç APOEL-in baş məşqçi postundan istefa verir
Kiprin APOEL klubunun baş məşqçisi İvan Yovanoviç istefa verməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, buna komandanın Avropa Liqasında uğursuzluqla üzləşməsi səbəb göstərilir.
Belə ki, Avroliqanın pley-off mərhələsində Azərbaycan çempionu “Neftçi”yə doğma meydanda 1:3 hesabıyla uduzaraq, turnirdən kənarda qalan Nikosiya klubunun çalışdırıcıs bütün məsuliyyəti üzərinə götürüb və istefa vermək istədiyini bəyan edib. Amma klub rəhbərliyinin serbiyalı mütəxəssisin bu istəyini necə qarşılayacağı hələlik dəqiq bilinmir.
