31 avqust 2012 02:38
Hafiz Məmmədov: Bu, tarixi qələbədi
"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Neftçi"ni tarixi qələbə münasibəti ilə təbrik edib. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqası pley-of mərhələsinin APOEL - "Neftçi" oyunu başa çatan kimi Azərbaycan çempionuna təbriklərini ünvanlayan Hafiz Məmmədov bu qələbəni bütün Azərbaycan futbolunun uğuru kimi dəyərləndirib və "Neftçi"yə bu mötəbər turnirin qrup mərhələsində daha böyük nailiyyətlər arzulayıb:
“Bu, həqiqətən də, tarixi qələbədi. Sevincimizin həddi-hüdudu yoxdur. AFFA prezidenti Rövnəq Abdullayevi, "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovu təbrik edirəm. Bu insanların zəhməti öz bəhrəsini verdi. "Neftçi" bütün xalqımızı sevindirdi. Bütün Azərbaycan futbolsevərlərinə “gözünüz aydın olsun” deyirəm. "Neftçi" UEFA səviyyəli turnirdə bir ilkə imza atdı. İnanıram ki, bu qələbələrin ardı gələcək".

"Bakı" futbol klubunun kollektivi və azarkeşləri klub prezidentimizin təbriklərinə qoşulur, Azərbaycan futbolsevərlərini təbrik edir və "Neftçi"yə daha yüksək pillələri fəth etməsini arzulayır.
“Bakı” FK