31 avqust 2012 02:43
Sumqayıtdan Neftçiyə təbrik
“Sumqayıt” “Neftçi” klubunu təbrik edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun rəsmi saytında açıqlanan təbrikdə bildirilir:
“Ölkə çempionu “Neftçi” Peşəkar Futbol Klubu Azərbaycan Futbol Tarixinə qızıl hərflərlə yazılacaq uğura imza atıb. Paytaxt təmsilçisi Avropa Liqasının 4-cü təsnifat mərhələsində səfərdə APOEL (Kipr) üzərində inamlı qələbə qazanaraq (3:1) qrup mərhələsinə vəsiqə qazanıb.

“Sumqayıt” Futbol Klubunun rəhbərliyi Azərbaycan futbol ictimaiyyətini və “Neftçi” PFK-nun rəhbərliyini möhtəşəm qələbə münasibəti ilə təbrik edir və “ağ-qaralar”a qrup oyunlarında uğurlar arzulayır”.