31 avqust 2012 02:49

Avropa Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşdi

Futbol üzrə UEFA Avropa Liqasında 2012-2013 mövsümünün qrup mərhələsinin bütün iştirakçılarının adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin pley-off mərhələsində mübarizə aparan 62 klub ötən gecə qrup mərhələsinə daha 31 vəsiqənin taleyinə aydınlıq gətirdilər.
 
İki oyunun nəticəsinə əsasən güclü çıxan klublar aşağıdakılar oldular: Genk (Belçika), Athletic (İspaniya), Rosenborg (Norveç), Twente (Hollandiya), Young Boys (İsveçrə), Steaua (Buxarest, Rumıniya), Videoton (Macarıstan), AIK (İsveç), Sparta (Çexiya), Anji (Rusiya), Viktoria (Çexiya), Hannover (Almaniya), Olympique (Marsel, Fransa), Inter (İtaliya), Rapid (Vyana, Avstriya), Liverpool (İngiltərə), Maritimo (Portuqaliya), Sporting (Portuqaliya), PSV (Hollandiya), Bordeaux (Fransa), Stuttgart (Almaniya), Metallist (Ukrayna), Hapoel (Təl-Əviv, İsrail), Lazio (İtaliya), Newcastle (İngiltərə), Levante (İspaniya), Dnepr (Ukrayna), NEFTÇİ (AZƏRBAYCAN), Molde (Norveç), Brugge (Belçika), Partizan (Serbiya).
 
Beləliklə, adı çəkilən 31 klub mübarizəyə məhz qrup mərhələsindən başlayacaq 7 iştirakçı, eləcə də Çempionlar Liqasının pley-off mərhələsini məğlub başa vuran 10 komanda ilə birgə Avroliqanın qrup mərhələsində çıxış etmək hüququ qazanıblar.
 
Mübarizəyə birbaşa bu mərhələdən başlayacaq klublar bunlardı: Atletico (İspaniya), Olympique (Lion, Fransa), Tottenham (İngiltərə), Bayer (Almaniya), Rubin (Rusiya), Napoli (İtaliya), Academica (Portuqaliya).
 
Çempionlar Liqasının pley-off mərhələsindən gələn klublar isə bunlardı: Hapol (Kiryat Şmona, İsral), AEL Limassol (Kipr), Maribor (Sloeniya), Udinese (İtaliya), Panathinaikos (Yunanıstan), Fenerbahçe (Türkiyə), Borussia (Münhenqladbax, Almaniya), Copenhagen (Danimarka), Basel (İsveçrə), Helsingborg (İsveç).
 
Qeyd edək ki, Avroliqanın pley-off mərhələsinin püşkatma mərasimi bu gün - avqustun 31-də keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.