31 avqust 2012 15:02
Qarabağ və Qəbələ də Neftçini təbrik etdi
Daha iki klubumuz Azərbaycan çempionu “Neftçi”yə təbrik ünvanlayıb. Azerisport.az xəbər verir ki, bunlar “Qarabağ”la “Qəbələ”di.
Həmin təbriklərin mətnini sizə də təqdim edirik:
“Qarabağ” Futbol Klubu Rəhbərliyi - Klub Başqanımız Tahir Gözəl, Direktor Emrah Çelikel, Baş Məşqçimiz Qurban Qurbanov başda Sadıq Sadıqov olmaqla bütün “Neftçi” camiəsini tarixi zəfər - Avropa Liqasının qrup mərhələsinə düşməsi münasibətilə təbrik edir, qələbələrin davamlı olmasını arzulayır”.

"Qəbələ" Futbol Klubu Azərbaycan futbol ictimaiyyətini və "Neftçi" Futbol Klubunu komandanın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edir, paytaxt təmsilçisinə qrup oyunlarında uğurlar arzulayır”.
Qeyd edək ki, “Qarabağ” və “Qəbələ”dən öncə “Sumqayıt”la “Bakı” da “ağ-qaralar”ı tarixi zəfər münasibəti ilə təbrik etmişdi.