31 avqust 2012 15:28

Saşa Stamenkoviç: Bizim görüləsi çoxlu işimiz var

“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirdikləri cavab matçından sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Oyun barədə nə deyə bilərsiz?
- Adətən hansısa oyunda acı məğlubiyyətlə üzləşəndə danışmaqda çətinlik çəkirsən. Amma indi səs-küylü qələbəmizdən sonra oxşar vəziyyətdəyəm. Hələ oyundan öncə də sizə demişdim ki, Kiprdə qol vurmaq şanslarımız olacaq. Həmçinin bəxtin bizim tərəfimizdə olmasının vacibliyini də vurğulamışdım.
 
- Əks halda bu oyunda qələbə qazana bilməyəcəkdiz?
- Belə oyunla təbii ki, rəqibi mübarizədən kənarlaşdırmağa borclu idik. Amma Bakıdakı oyunda da yaxşı oynadığımız halda, qələbə qazana bilməmişdik. Çünki bəxt bizdən üz döndərmişdi. İstənilən halda hər şey ədalətli oldu. Biz güclü olduğumuzu cavab matçında sübut edə bildik.
 
- Bu, Azərbaycan futbolu tarixində yeni bir səhifədi...
- Bilirəm ki, bu, bütün Azərbaycan xalıq üçün böyük və tarixi bir uğurdu. Biz təkcə “Neftçi”ni yox, bütün Azərbaycanı təmsil edirdik. Bu ölkə qələbəyə layiqdi. İndi Bakıya daha adlı-sanlı klubları gətirmək imkanımız olacaq.
 
- Cavab matçında iki top fərqi ilə qalib gələcəyinizi gözləyirdiniz?
- Uğur qazanacağımıza inam var idi. Amma buna necə nail olacağımızı təxmin etmək çətin idi. Biz sadəcə ilk dəqiqədən sona kimi mübarizə apardıq.
 
- Avroliqanın qrup mərhələsində komandadan nə gözləyək?
- Biz çox işləməliyik. Görüləsi çoxlu işimiz var. Neçə xal toplayacağımızı indidən demək çətindi. Bu barədə yalnız püşkatmadan sonra müəyyən mülahizələr səsləndirmək olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.