31 avqust 2012 15:46
Neftçini Bakıda 1000 azarkeş qarşıladı
Ötən gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində səfərdə Kipr APOEL-ini 3:1 hesabıyla məğlub edərək tarixində ilk dəfə qrup mərhələsinə vəsiqə qazanan “Neftçi” klubu artıq Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi Heydər Əliyev adına beynəlxalq hava limanında böyük coşqu ilə qarşılanıb.
Komandamızı hava limanında təxminən 1000-ə yaxın fanat qarşılayıb.
