31 avqust 2012 15:52
Anjinin futbolçusu rəsmən Qarabağda (FOTO)
“Qarabağ” transfer pəncərəsinin son günündə çoxdan planlaşdırdığı transferi reallaşdırıb. Azerisport.az xəbər verir ki, daim gənc futbolçulara üstünlük verən Ağdam klubu Azərbaycan millisinin şərəfini qoruyan, böyük gələcək vəd edən Bədavi Hüseynovu Rusiyanın “Anji” klubundan transfer edib.
21 yaşlı futbolçu ötən mövsümün gedişindən bu komandanın transfer siyahısında idi. Artıq bütün transfer əməliyyatı başa çatıb və Bədavi rəsmən “Qarabağ”ın futbolçusudu.
Müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
