31 avqust 2012 03:47
İvan Yovanoviç: Neftçi qələbəyə layiq idi
Kiprin APOEL klubunun baş məşqçisi İvan Yovanoviç UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri cavab oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Nikosiyada baş tutan və 1:3 hesabıyla uduzduqları qarşılaşma ilə bağlı bunları dilə gətirib:
"Çox məyusam. Bu məğlubiyyətə görə bütün məsuliyyəti üzərimə götürürəm. Rəqib bizdən daha yaxşı oynadı. Onlar qələbəyə layiq idilər. Uğursuzluğa görə azarkeşlərimizdən üzr istəyirəm. Onlar da bizim kimi APOEL-in Avroliqanın qrup mərhələsinə düşəcəyinə ümid edirdilər. Lakin futbolda istənilən nəticəyə hazır olmalısan. Bu dəfə bizdə alınmadı”.
