31 avqust 2012 16:47

Neftçinin rəqibləri bilindi: İnter, Rubin və Partizan Bakıya gəlir (YENİLƏNİB)

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Nyonda təşkil olunacaq tədbirdə Azərbaycan çempionu “Neftçi”nin də rəqibləri müəyyənləşib.
 
Qeyd edək ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin qrup mərhələsində 48 klub mübarizə aparır. Onlardan 31-i təsnifat mərhələsini uğurla keçən iştirakçılardı ki, biri də Azərbaycan çempionudu:

Genk (Belçika), Athletic (İspaniya), Rosenborg (Norveç), Twente (Hollandiya), Young Boys (İsveçrə), Steaua (Buxarest, Rumıniya), Videoton (Macarıstan), AIK (İsveç), Sparta (Çexiya), Anji (Rusiya), Viktoria (Çexiya), Hannover (Almaniya), Olympique (Marsel, Fransa), Inter (İtaliya), Rapid (Vyana, Avstriya), Liverpool (İngiltərə), Maritimo (Portuqaliya), Sporting (Portuqaliya), PSV (Hollandiya), Bordeaux (Fransa), Stuttgart (Almaniya), Metallist (Ukrayna), Hapoel (Təl-Əviv, İsrail), Lazio (İtaliya), Newcastle (İngiltərə), Levante (İspaniya), Dnepr (Ukrayna), NEFTÇİ (AZƏRBAYCAN), Molde (Norveç), Brugge (Belçika), Partizan (Serbiya).
 
Adı çəkilən 31 klub mübarizəyə məhz qrup mərhələsindən başlayan 7 iştirakçı, eləcə də Çempionlar Liqasının pley-off mərhələsini məğlub başa vuran 10 komanda ilə birgə Avroliqanın qrup mərhələsində çıxış etmək hüququ qazanıblar.
 
Mübarizəyə birbaşa bu mərhələdən başlayan klublar bunlardı: Atletico (İspaniya), Olympique (Lion, Fransa), Tottenham (İngiltərə), Bayer (Almaniya), Rubin (Rusiya), Napoli (İtaliya), Academica (Portuqaliya).
 
Çempionlar Liqasının pley-off mərhələsindən gələn klublar isə bunlardı: Hapol (Kiryat Şmona, İsral), AEL Limassol (Kipr), Maribor (Sloeniya), Udinese (İtaliya), Panathinaikos (Yunanıstan), Fenerbahçe (Türkiyə), Borussia (Münhenqladbax, Almaniya), Copenhagen (Danimarka), Basel (İsveçrə), Helsingborg (İsveç).
 
İlk dəfə qitə miqyaslı turnirlərin qrup mərhələsində çıxış etmək hüququ qazanan Azərbaycan təmsilçisi 48 iştirakçı arasında ən zəif klubdu. Bu üzdən də “ağ-qaralar” elə ən zəiflərin yer aldığı 4-cü səbətdə qərarlaşmışdı. Avroliqanın qrup mərhələsinin püşkü zamanı “Neftçi”nin rəqibləri məhz 1-ci, 2-ci və 3-cü səbətdən seçilən 3 komanda olub.
 
Səbətlərin tərkibini diqqətinizə çatdırırıq:
 
1-Cİ SƏBƏT
2-Cİ SƏBƏT
3-CÜ SƏBƏT
4-CÜ SƏBƏT
Atletico
Basel
Lazio
Helsingborg
Inter
Metallist
Steaua
Maritimo
Olympique L
Panathinaikos
Sparta
Rapid
Liverpool
Athletic
Rosenborg
Academica
Olympique M
Copenhagen
Newcastle
Anji
Sporting
Fenerbahçe
Young Boys
Maribor
PSV
Rubin
Levante
AİK
Tottenham
Napoli
Genk
AEL Limassol
Bayer
Udinese
Borussia M
Hapoel KŞ
Bordeaux
Brugge
Partizan
Molde
Twente
Hapoel T
Viktoria
Videoton
Stuttgart
Hannover
Dnepr
NEFTÇİ
 
Püşkatma nəticəsində sözügedən klublar aşağıdakı qruplara bölünüblər. Azərbaycan çempionu kifayət qədər ciddi qrupa düşüb. Belə ki, təmsilçimizi ünlü Milan "İnter"i, Serbiya nəhəngi "Partizan", eləcə də Rusiyanın "Rubin" klubu ilə duellər gözləyir.
 
A qrupu
Liverpool
Udinese
Young Boys
Anji
 
B qrupu
Atletico
Hapoel T
Viktoria
Academica
 
C qrupu
Olympique M
Fenerbahçe
Borussia M
AEL Limassol
 
D qrupu
Bordeaux
Brugge
Newcastle
Maritimo
 
E qrupu
Stuttgart
Copenhagen
Steaua
Molde
 
F qrupu
PSV
Napoli
Dnepr
AİK
 
G qrupu
Sporting
Basel
Genk
Videoton
 
H qrupu
İnter
Rubin
Partizan
Neftçi
 
İ qrupu
Olympique L
Athletic
Sparta
Hapoel KŞ
 
J qrupu
Tottenham
Panathinaikos
Lazio
Maribor
 
K qrupu
Bayer
Metallist
Rosenborg
Rapid
 
L qrupu
Twente
Hannover
Levante
Helsingborg
 
Qeyd edək ki, Avroliqada qrup mərhələsinin ilk turunun oyunları sentyabrın 20-də keçiriləcək. Son turun görüşləri isə dekabrın 6-na təsadüf edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.