31 avqust 2012 17:17
Denis İvanovla Verpakovski Bakıdan ayrıldı
“Bakı” klubunun iki futbolçusu - Maris Verpakovski və Denis İvanov dünya çempionatının seçmə mərhələsində Yunanistan və Bosniya Hersoqovina ilə oyunlarla əlaqədar Latviya milli komandasına dəvət alıblar. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.
Yunanistan milli komandası ilə oyun sentyabr ayının 7-də Latviyada baş tutacaq, Bosniya və Hersoqovina ilə oyun isə sentyabırın 11-də səfərdə keçiriləcək.
