31 avqust 2012 17:26
İnterin Tiflis toplanışı davam edir (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, “İnter” hazırda Gürcüstanın paytaxtı Tiflis şəhərində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, dünən axşam Kaxaber Tsxadadzenin yetirmələri Tiflisdə ilk məşqə çıxıblar.
Hazırlığın planına əsasən bu gün komanda 2 dəfə məşq etməlidi. Səhər saatlarında baş tutan çalışmalarda futbolçular isinmə hərəkətlərindən sonra fiziki hərəkətlər ediblər və topla çalışıblar. İkinci məşq isə axşam saatlarında keçiriləcək.
Qeyd edək ki, "İnter" "Olimpik" Uşaq-Gənclər Futbol Məktəbinin meydançasında məşq edir.
