31 avqust 2012 17:42
Rəşad Sadiqov: İnterlə eyni qrupda yer almağımızı öncədən də istəyirdim
Azərbaycan çempionu “Neftçi”nin kapitanı Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, İtaliyanın “İnter”, Serbiyanın “Partizan” və Rusiyanın “Rubin” klubları ilə qarşılaşmalar barədə bunları dilə gətirib:
“Düzünü deyim ki, püşkatma öncəsi hansısa komandaların bizə rəqib olması barədə düşünməmişdim. Sadəcə, “İnter”lə eyni qrupda yer almağımızı istəyirdim. Belə bir komandaya qarşı oynamaq bizim üçün şərəf olar. Çünki “İnter” Avropa futbolunun qrandlarından biri hesab olunur. Axı Azərbaycanda hələ heç bir komanda belə bir klubla qarşılaşmayıb”.

Sadiqov digər rəqiblər barədə isə bunları söyləyib: “Rubin” Rusiyanın aparıcı klublarından biridi. Son dörd ildə iki dəfə ölkə çempionu olub. Onlar iki mövsüm öncə səfərdə “Barcelona” kimi komandanı məğlub etmişdilər. Rəqiblərimiz arasında yalnız “Partizan”ı orta səviyyəli komanda saymaq olar. Amma onları da hesabdan silmək olmaz. Çünki bu komanda Serbiyanın ən yaxşısıdı”.
“Qrupumuzda zəif komanda yoxdu. Heç belə bir mərhələdə zəif komandaya rast gəlmək də olmaz. Buna görə də püşkdə bəxtimizin gətirib-gətirmədiyini demək çətindi. Eyni zamanda rəqiblərimizin də bizlə düşdüyü üçün bəxtlərinin gətirdiyini düşünmürəm. Ola bilər ki, biz reytinq baxımından çox zəif görünürük. Amma APOEL-lə oyunlarda olduğu kimi, qrupdakı rəqiblərimizi də təəccübləndirməyə çalışacağıq. Biz Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla böyük uğura imza atdıq. Lakin bununla kifayətlənmək fikrində deyilik”.