31 avqust 2012 20:21
Yığmamız yenə məğlubiyyətlə üzləşdi
Avropa çempionatının seçmə mərhələsinə hazırlıqlarını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandası daha bir yoldaşlıq görüşü keçirib. Azerisport.az xəbər verir ki, millimiz ölkəmizə təlim-məşq toplanışı üçün gəlmiş Rusiyanın “Uraloçka” klubu ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Sentyabrın 2-dək Bakıda olacaq “Uraloçka” ilə üçüncü görüş də yığmamızın məğlubiyyəti ilə başa çatıb. Faiq Qarayevin yetirmələri bu dəfə 1:3 hesabıyla məğlub olub.
Qeyd edək ki, bundan öncə keçirilən ilk qarşılaşmada yığmamız 3:1 üstün olmuş, növbəti görüşdə isə 2:3 hesabıyla yenilmişdi.
