31 avqust 2012 20:38
Berti Foqts Qarabağın yeni transferini millidən uzaqlaşdırdı
Futbol üzrə Azərbaycan milli komandasının Bakı şəhərində keçirilən təlim-məşq toplanışına dəvət olunmuş Bədavi Hüseynov heyətdən kənarlaşdırılıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts “Qarabağ”ın yeni transferini 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsinə yollayıb.
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da keçiriləcək Azərbaycan – İngiltərə oyunundan sonra Bədavi Hüseynov yenidən millinin heyətinə qoşulacaq.
