31 avqust 2012 21:07
Fiqu Neftçinin qrupunu dəyərləndirdi
İtaliyanın “İnter” klubunun idman direktoru Luiş Fiqu UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, H qrupundakı rəqibləri olan Azərbaycanın “Neftçi”, Rusiyanın “Rubin” və Serbiyanın “Partizan” komandaları barədə bunları dilə gətirib:
“Deməzdim ki, bizə münasib rəqiblər düşüb. Komandanı kifayət qədər uzaq səfərlər gözləyir. Amma hər şeyə rəğmən, “İnter” bu mərhələni inamla adlamalıdı”.
“Deməzdim ki, bizə münasib rəqiblər düşüb. Komandanı kifayət qədər uzaq səfərlər gözləyir. Amma hər şeyə rəğmən, “İnter” bu mərhələni inamla adlamalıdı”.
