31 avqust 2012 21:23
Neftçi səfərdə başlayacaq, səfərdə bitirəcək
UEFA Avropa Liqasının H qrupunun oyunlarının təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin də bu qrupdakı oyunlarının dəqiq tarixləri bəlli olub.
Qeyd edək ki, komandamız qrup mərhələsindəki ilk tarixi oyununa sentyabrın 20-də səfərdə çıxacaq. Qrup oyunlarına Serbiyada start verəcək Azərbaycan çempionu son görüşünü də İtaliyada Milan “İnter”inə qarşı keçirəcək.
“Neftçi”nin yer aldığı H qrupundakı rəqibləri ilə görüşlərinin təqvimi:
20 sentyabr. Partizan (Serbiya) – Neftçi
4 oktyabr. Neftçi – İnter (İtaliya)
25 oktyabr. Rubin (Rusiya) – Neftçi
8 noyabr. Neftçi – Rubin
22 noyabr. Neftçi – Partizan
6 dekabr. İnter – Neftçi
