31 avqust 2012 21:36
Sadıq Sadıqov: Neftçiyə yeni transfer lazım deyil
Azərbaycan çempionu “Neftçi”nin prezidenti Sadıq Sadıqov bəyan edib ki, komandası yeni transfer etməyəcək. Azerisport.az xəbər verir ki, o, indiki heyətin Avropa Liqasının qrup mərhələsi üçün yetərli olduğunu dilə gətirib:
“Bizim yaxşı heyətimiz var. Onlar qrup mərhələsinə vəsiqə qazanmağı bacarıblarsa, deməli bu mərhələnin oyunlarında da uğurla çıxış edə bilər. Ona görə də yeni transfer olmayacaq. Transfer lazım olduğunu düşünmürəm. Avroliqanın qrup mərhələsinə vəsiqə qazansaq da, çempionatda da hədəfimiz dəyişməz qalır – çempion olmaq. Avroliqadakı oyunlarımıza görə çempionatdakı matçlarımız təxirə salınmayacaq. Buna ehtiyac yoxdu”.