31 avqust 2012 21:55
İnterin baş məşqçisi: Püşk bizim üçün uğurlu deyil
İtaliyanın “İnter” klubunun baş məşqçisi Andrea Stramaççioni UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, H qrupundakı rəqibləri olan Azərbaycanın “Neftçi”, Rusiyanın “Rubin” və Serbiyanın “Partizan” komandaları barədə bunları dilə gətirib:
“Düzünü deyim ki, püşk bizim üçün o qədər də uğurlu deyil. Bizə hər səfər oyunu üçün uzaq məsafələrə uçmaq lazım gələcək ki, bu da İtaliya A Seriyasındakı çıxışımıza təsirsiz ötüşməyəcək. Amma biz növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Çalışacağıq ki, buna nail olaq”.
