31 avqust 2012 22:57
Starkovdan 3 “futbolçumuz”a dəvət
Futbol üzrə Latviya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, “Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkov sentyabrın 7-də Yunanıstan, 4 gün sonra isə Bosniya və Hersoqovina ilə keçiriləcək rəsmi oyunlara 21 futbolçu dəvət edib.
Starkov Azərbaycan Premyer Liqasını da unutmayıb. Baş məşqçi ölkəmizdən üç futbolçuya dəvət göndərib. Belə ki, AZAL-dan Oskar Klyava, “Bakı”dan isə Denis İvanov və Maris Verpakoviski də yığmaya çağırıb.
Onlarla yanaşı, “Qəbələ”nin sabiq qapıçısı, hazırda Vüqar Əsgərovla birlikdə “Metallurq”da çıxış edən Pavel Doroşevsdə milliyə dəvət alıb.
