31 avqust 2012 11:07
Cavid İmamverdiyev: Belə oyunlar Neftçini daha da güclü edir
“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirdikləri cavab oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- İlk oyunda qələbəni əldən verdiniz, amma səfərdə kiprliləri məğlub etdiniz. Bunda nə sirr var?
- (gülür) Sirr? Bizim oyun. Çox gərgin matç alındı. Amma biz yaxşı oynadıq. Düzünü deyim ki, belə nəticə qazanacağımızı gözləmirdim. Mərhələ keçəcəyimizə isə inanırdım.

- Nə vaxt əmin oldunuz ki, artıq qələbə sizin olacaq?
- Gərginlik oyunun sonuna kimi davam etdi. Daha çox ehtiyatda olanda, matçın sonlarında həyəcan keçirirdim. Kənardan izləmək daha çətindi, nəinki meydanda olanda. Sevincimin həddi-hüdudu yoxdu. Çox şadam ki, Azərbaycan futbolunda belə uğuru məhz “Neftçi” qazandı.

- Hesab 2:0 olanda çox gözəl qol epizodunu qaçırdınız...
- O epizodu qaçırmağıma çox məyus oldum. Çünki onun ardından hesab arasındakı fərq də azaldı. Şükür Allaha iki, rəqib ikinci hissədə qol vura bilmədi.
- Digər oyundaşlarınızla müqayisədə sizin oyun təcrübəniz daha azdı. Yerli azarkeşlərin təzyiqi sizə təsir etmirdi ki?
- Xeyr. Gənclərdən ibarət yığmanın heyətində İngiltərəyə qarşı oynamışam və belə azarkeşin nə demək olduğunu gözəl bilirəm. Məncə, ingilislərdən yaxşı atmosfer yaradan azarkeşlər yoxdu. Onu da unutmayın ki, ildə bir neçə dəfə oynadığımız Lənkəranda da atmosfer Kiprdəkindən daha qaynar olur.

- İki il öncə heç düşünürdüz ki, 22 yaşınızda belə bir tarixi uğura imza atacaqsız?
- Avropa Liqasının qrup mərhələsinə düşmək? Heç yuxuma da girməzdi. Amma bütün bunlar elə-belə əldə olunmayıb. Mənim kimi bütün komanda yoldaşlarım bunun üçün çox çalışıb və biz buna layiq idik.

- Amma qrup mərhələsində uğurla çıxış etmək üçün daha çox çalışmaz lazım gələcək...
- Mən özümə də, komandama da güvənirəm. Belə oyunlar bizi daha da güclü edir.