31 avqust 2012 11:18
Mahir Şükürov: Neftçi sübut etdi ki, futbolumuzun flaqmanıdı
“Neftçi”nin futbolçusu Mahir Şükürov UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Nikosiyada baş tutan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Çempionlar Liqasının 1/4 finalına qədər irəliləmiş bir komandanı məğlub etmək çox xoşdu. Neçə il idi ki, xalqımız hansısa komandamızın avrokubokların qrup mərhələsinə yüksəlməsini gözləyirdi. Biz nəhayət ki, bunu bacardıq. “Neftçi” sübut etdi ki, futbolumuzun flaqmanıdı. Rusiyada “Spartak”, Ukraynada “Dinamo”, bizdə də “Neftçi”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşmasında isə 3:1 hesablı qələbəyə sevinən Azərbaycan çempionu tarixi zəfərə imza atıb.
