31 avqust 2012 11:46

Rövnəq Abdullayev də Neftçini təbrik etdi

AFFA-nın prezidenti Rövnəq Abdullayev "Neftçi" klubunun UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
 
"Çox sevindirici haldır ki, Azərbaycan futbolunun tarixində daha bir əlamətdar ilkin şahidi olduq. Futbol tariximizdə ilk dəfə təmsilçimizin UEFA klub yarışlarında qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdur. Bu münasibətlə "Neftçi" klubunun kollektivini və ölkəmizin futbol ictimaiyyətini təbrik edirəm.
 
Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən "İdman ili" elan olunmuş 2012-ci ildə bu uğurun qazanılması ölkə idmanının inkişafına bir töhfədir. London Yay Olimpiya Oyunlarında əldə olunmuş uğurlardan sonra futbol sahəsində də qazanılan bu müvəffəqiyyət idman ictimaiyyətimiz üçün hədiyyədir. Bu, eyni zamanda, futbolun inkişafı məqsədilə seçilmiş istiqamətin, müəyyənləşdirilmiş strategiyanın düzgün olmasının göstəricisidir. Əminəm ki, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarına uyğun olaraq həyəta keçirilən tədbirlər nəticəsində daha böyük nailiyyətlər qazanılacaq.
"Neftçi" klubuna UEFA Avropa Liqasının qrup mərhələsində də uğurlar arzulayıram".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.