31 avqust 2012 12:23
Julius Vobay: Biz onları öz oyunumuzla cəzalandırdıq
“Neftçi”nin futbolçusu Julius Vobay UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Nikosiyada baş tutan qarşılaşma ünvanına səslənən irqçi ifadələr ilə bağlı bunları dilə gətirib:
“Burda azarkeşlər belədilər. Mən Kiprdə oynamışam və bunların necə olduğunu bilirəm. Hakim və UEFA rəsmiləri bu faktları qeydə alıblar. Ona görə də APOEL mütləq cəzalanacaq. Ən əsası isə biz onları öz oyunumuzla cəzalandırdıq”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşmasında isə 3:1 hesablı qələbəyə sevinən Azərbaycan çempionu tarixi zəfərə imza atıb.
