31 avqust 2012 00:27
Avropanın ən yaxşısı bəlli oldu
Avropada ilin ən yaxşı futbolçusu (UEFA Best Player in Europe) mükafatının qalibi müəyyənləşib. Azerisport.az xəbər veirr ki, Monakoda keçirilən təqdimat mərasimindən öncə mükafata 3 namizəd var idi.
Bunlar ötən il “Avropanın ən yaxşısı” seçilən argentinalı Lionel Messi, həmçinin onun “Barcelona”dakı oyundaşı ispan Andres İnyesta və “Real”ın portuqaliyalı lideri Kristiano Ronaldo idi. 2011/12 mövsümünün ən yaxşı futbolçusu UEFA-nın Avropa İdman Mediası ilə birlikdə keçirdiyi sorğunun ikinci mərhələsində müəyyənləşib.
Avropanın 2011/12 mövsümündə ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirilən sorğuda UEFA-nın üzvü olan 53 ölkənin hərəsindən bir media nümayəndəsi iştirak edib. Səsvermənin həlledici mərhələsi ötən gün Monakodakı “Grimaldi Forum” sarayında Çempionlar Liqası qrup yarışının püşkatması zamanı keçirilib.
Sorğunun yekunlarına görə ən yaxşı adını İnyesta qazanıb. Adları daha çox müzakirə mövzusu olan Messi və Ronaldo isə onu qabaqlaya bilməyib.
