31 avqust 2012 00:36
APOEL azarkeşləri Neftçiyə məğlubiyyətin acığını stadiondan çıxdılar
Kiprin APOEL klubunun azarkeşləri Avropa Liqasının pley-off mərhələsinin “Neftçi” ilə cavab matçından sonra da “fəallıqlarından” qalmayıblar. Azerisport.az xəbər verir ki, yerli fanatlar qarşılaşma bitən kimi arenanı alt-üst etməyə başlayıblar.
Onların bu özbaşnalıqlarına yalnız polis müdaxiləsindən sonra son qoyulub. Yalnız bundan sonra yerli fanatları sakitləşdirmək mümkün olub.
