1 sentyabr 2012 01:09
Simurq Lokomotivlə oyuna hazırdı
"Simurq" Gürcüstanda təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, Zaqatala klubu ötən gün növbəti məşqlərinə çıxıb.
Səhər hazırlığında əvvəlcə fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında isinmə və fiziki tapşırıqları yerinə yetirən sarı-qaralar, daha sonra qısa ötürmələr üzərində çalışıb. Axşam məşqində isə əsasən taktiki tapşırıqlar üzərində çalışılıb. Sonda isə iki tərəfli oyunla bu günlük hazırlıq tamamlanıb.
Qeyd edək ki, Zaqatala təmsilçisi bu gün Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində Tiflisin "Lokomotiv" klubu ilə ilk yoldaşlıq gürüşünü keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə 19:00-da start götürəcək.
