1 sentyabr 2012 01:17
Qəbələnin futbolçusu İsveçrə və Norveçə qarşı
Futbol üzrə Sloveniya milli komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçisi Slavişa Stoyanoviç iki matç üçün 24 futbolçuya dəvət göndərib.
Yığmaya çağırılan futbolçular arasında Azərbaycan Premyer Liqasının da iştirakçısı var. Belə ki, “Qəbələ”nin müdafiəçisi Deyan Kelhar qarşıdakı oyunlara dəvət olunub.
Qeyd edək ki, Sloveniya millisi sentyabrın 7-də İsveçrə, 4 gün sonra Norveçlə qarşılaşacaq.
