1 sentyabr 2012 01:23

Paulu Bentu: Azərbaycan ilə oyunda favorit statusunu üzərimizə götürə bilərik

Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Paulu Bentunun DÇ-2014-ün seçmə mərhələsinin Lüksemburq (7 sentyabr) və Azərbaycan (11 sentyabr) ilə oyunları üçün heyəti açıqladığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, o, son siyahıda üç dəyişiklik edib.
 
Belə ki, Bentu millimizlə görüş öncəsi Rolando, Uqo Viana və Almeydadan imtina edib. İlk iki futbolçu ilə müqayisədə, “Beşiktaş”ın hücumçusunun zədəli olması onu yığmadan kənar qoyub. Belədə, millinin çalışdırıcısı onları Nunu Andre Koelyu, Manuel Fernandes və Pitsi ilə əvəzləyib.
 
Bentu bu dəyişikliklərlə bağlı fikirlərini də açıqlayıb: “Mən Fernandesi ona görə çağırdım ki, o, texnikalıdı və taktiki cəhətdən Rolando, eləcə də Koelyuya oxşayır. Pitsiyə gəlincə, o, zədəli Almeydanı əvəzləməlidi. Mən heyətlə bağlı fərqli qərarlar da verə bilərdim. Amma bizi qarşıda vacib oyunlar gözləyir. Ona görə də bu heyət indi bizim üçün daha münasibdi”.
 
Portəgizlərin baş məşqçisi qarşıdakı oyunlarla da bağlı düşüncələrini dilə gətirib və komandasının Lüksemburq ilə Azərbaycana qarşı keçiriləcək oyunlarda favorit olduğunu bildirib: “Biz bu oyunlarda favorit rolunu üzərimizə götürə bilərik. Amma bu status heç də həmişə qələbəyə təminat vermir. Futbolçularımız bu oyunların vacibliyini dərk etməlidilər”.
 
Bentu qarşıdakı seçmə tsikldə əsas hədəflərini də açıqlayıb: “Hədəfimiz qrupda birinci yeri tutmaq və dünya çempionatına birbaşa vəsiqə qazanmaqdan ibarətdi. İkinci yeri tutmaqla biz heç nəyi təmin edə bilmərik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.