1 sentyabr 2012 01:34
Simurq da Neftçini təbrik etdi
Avropa Liqasının qrup mərhələsinə düşməklə tarix yazan “Neftçi”yə təbriklər ünvanlanmaqda davam edir. Azerisport.az xəbər verir ki, növbəti belə təbrik “Simurq”dan gəlib:
"Neftçi" Peşəkar Futbol Klubu Azərbaycan futbol tarixində ilkə imza atıb. Paytaxt təmsilçisi Avropa Liqasının "play-off" mərhələsinin cavab matçında Kiprin "APOEL" kollektivini səfərdə 3:1 hesabı ilə məğlub edərək qrup mərhələsinə vəsiqə qazanıb.

“Simurq” Peşəkar Futbol Klubunun rəhbərliyi “Neftçi” PFK-nı möhtəşəm qələbə münasibəti ilə təbrik edir və onlara qrup oyunlarında uğurlar arzulayır”.