1 sentyabr 2012 13:05
Neftçinin rəqibi Terekə qarşı
Bu gün futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “Rubin” də növbəti oyununu keçirəcək.
Kazan klubu “Terek”lə qarşılaşacaq. Qroznı təmsilçisi ilə qarşılaşma doğma divarlar arasında baş tutacaq.
Qeyd edək ki, “Rubin” hazırda 6 oyundan sonra 12 xalla 3-cü yerdə gedir.
