1 sentyabr 2012 01:44
Avropa Super Kubokunu Atletico qazandı
Futbol üzrə Avropa Super Kubokunun yeni sahibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, həlledici görüşdə UEFA Çempionlar Liqasının son qalibi – İngiltərənin "Chelsea" klubu ilə Avropa Liqasında baş mükafata sahib çıxmış "Atletico" (İspaniya) üz-üzə gəlib.
Qarşılaşma kifayət qədər maraqlı və məhsuldar alınıb. Rəqibini darmadağın edən "Atletico" super kuboku muzeyinə aparıb.
Qeyd edək ki, bu, Madrid klubunun tarixində ikinci belə uğurdu.
UEFA Super Kuboku
31 avqust
Chelsea – Atletico - 1:4 (0:3)
Qollar: Keyhil, 75 - Falkao, 7; 18; 45, Miranda, 61.
